• $
  • €
  • ₽
  • ₺
  • £

Turizm şirkətlərinə TÖVSİYƏ - qiymət siyasətinə yenidən baxılsın

Turizm şirkətlərinə TÖVSİYƏ - qiymət siyasətinə yenidən baxılsın
04.12.2016 13:03
Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkədəki turizm şirkətlərinə qış turizm mövsümü üçün qiymət siyasətinə yenidən baxmağı tövsiyə edib.

Bunu Trend-ə Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, AzTA şirkətlərə azərbaycanlıların daha çox səfər etdiyi Gürcüstandan daha aşağı qiymətlər təklif etməyi tövsiyə edib: "Onlar elə qiymətlər müəyyənləşdirməlidirlər ki, ucuz olsun, insanlar da Gürcüstana üz tutmasınlar və öz pullarını Azərbaycanda xərcləsinlər".

M.Ağakərimov bildirib ki, şirkətlər qiymət siyasətinə yenidən baxmaqla yanaşı, xidmət səviyyəsinin və çeşidinin artırılmasına da çalışmalıdırlar.

M.Ağakərimov qeyd edib ki, münasib qiymət və yüksək səviyyəli xidmət şirkətlərin ən böyük reklamıdır.

Assosiasiya rəsmisinin fikrincə, turizm şirkətləri qiymətləri qaldırmaqla tez gəlir əldə etmək istəklərinin doğru olmadığını başa düşməli, keyfiyyəli və müxtəlif xidmət göstərməklə müştəri qazanmağa çalışmalıdırlar: "Biz qış turizmi mövsümü ərzində turist qəbul edəcək hotellərə daha çox xidmətlər göstərməyi tövsiyə edirik. Şirkətlər daha çox əyləncəli proqramlar, xidmətlər təqdim etməlidirlər ki, turistlər istirahət dövründə darıxmasınlar. Eyni zamanda tövsiyə etmişik ki, şirkətlər xidmətlərini təqdim edərkən onun keyfiyyətinə diqqət yetirsinlər. Keyfiyyətsiz xidmət göstərildikdə insanlar 2-ci dəfə oraya gəlməyə bilərlər. Ona görə də təcrübəli turizm şirkətləri, hotellər buna diqqət yetirsələr, daha yaxşı olar”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol