• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ və Azərbaycan 14,5 milyon avroluq saziş imzaladı

Aİ və Azərbaycan 14,5 milyon avroluq saziş imzaladı
09.12.2016 14:02
İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri xanım Malena Mard ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Avropa iqtisadi əlaqələrindən danışan Ş.Mustafayev 1996-cı ildən başlanmış əməkdaşlığın enerji, investisiya, ticarət və s. sahələri əhatə etdiyini vurğulayıb.
 
Qeyd olunub ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır:

"Cənub Qaz Dəhlizi" layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib. Bu layihə çərçivəsində 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması planlaşdırılır. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50%-dir. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35%-i Avropa İttifaqı ölkələrinin payına düşür".

Bildirilib ki, Aİ ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Tvinninq aləti üzrə indiyədək 45 layihə həyata keçirilib ki, bu layihələrin 26-sı artıq başa çatıb, 11 layihə isə icra olunur. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb. Bu ilin mayında Bakıda keçirilmiş Azərbaycan-Aİ biznes-forumunu xatırladan nazir Şahin Mustafayev investorların iştirakı ilə keçirilən belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

 
Görüşdə Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndərilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat verilib, bununla bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

M.Mard Avropa İttifaqı-Azərbaycan iqtisadi əlaqələri barədə fikirlərini bildirərək Aİ və Azərbaycan arasında enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, Avropa İttifaqının əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşün sonunda Avropa Qonşuluq Alətinin 2015-ci il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində 14,5 mln. avro dəyərində "Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramı”nın Maliyyələşdirmə Sazişi imzalanıb. Sazişdə tvinninq və texniki dəstək, qrant kimi alətlər vasitəsilə kənd yerləri üçün biznes məlumat sisteminin yaradılması, sahibkarlığın inkişafına, eləcə də kiçik və orta müəssisələrə və ailə fermer təsərrüfatlarına yönəlmiş kənd yerlərinin inkişafına dəstək sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məsləhət xidmətləri sistemi şəbəkəsinin tətbiqi, investisiya dəstəyi və istehlakçıların maarifləndirilməsi yolu ilə təbliğat və yerli məhsulların təşviqi nəzərdə tutulur.
 
Kamil Əmirli

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol