• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il Azərbaycanda təbii qazın orta maya dəyəri 122 manat/1000 kubmetr səviyyəsində proqnozlaşdırılır

Gələn il Azərbaycanda təbii qazın orta maya dəyəri 122 manat/1000 kubmetr səviyyəsində proqnozlaşdırılır
09.12.2016 17:05
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft-Qaz Çıxarma İdarələri üzrə 2015-ci ildə 1 000 kubmetr qazın hasilat xərci 45,42 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi isə 56,48 manat/1 000 kubmetr təşkil edib.

Bu barədə "Report”un sorğusuna cavabında SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1 000 kubmetr üçün 52,02 manat olub: "Beləliklə, 2015-ci ildə SOCAR üzrə satışa buraxılan təbii qazın orta maya dəyəri 108,31 manat/1000 kubmetr səviyyəsində formalaşıb”.

N.Quliyev həmçinin qeyd edib ki, bu ildə NQÇİ-lər üzrə 1 000 kubmetr qazın hasilat xərci 55,16 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi 99,15 manat/1000 kubmetr, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1 000 kubmetr üçün 53,97 manat olmaqla satışa buraxılan təbii qazın orta maya dəyəri 140.42 manat/1 000 kubmetr təşkil edib.

Onun sözlərinə görə, həmin göstəricilər 2017-ci il üzrə müvafiq olaraq 49,2, 93,71, 47,95 və 121,88 manat səviyyəsində proqnozlaşdırılır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol