• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın valyuta ehtiyatlarında – CİDDİ AZALMA

Azərbaycanın valyuta ehtiyatlarında – CİDDİ AZALMA
09.12.2016 21:54
Qlobal neft bazarında qiymətlərin düşməsi prosesinin Azərbaycanın valyuta ehtiyatlarına təsiri 2014-cü ilin son rübündən başlayıb. 

"Report”un analitik qrupu 2014-cü ilin əvvəlindən etibarən neft qiymətlərindəki azalma ilə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları və Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) xarici valyutada olan aktivlərinin dəyişmə tendensiyasını təhlil edib. 

Qeyd edək ki, neft qiymətlərindəki azalma əsasən AMB-nin valyuta ehtiyatlarına mənfi təsir göstərib. Belə ki, 2014-cü ilin III rübünün yekununda 15 mlrd. dollardan yuxarı olan AMB ehtiyatları sonrakı 6 ayda 6 mlrd. dollara yaxın və ya 37% azalaraq 2015-ci ilin ilk rübünün sonuna 9,5 mlrd. dollara geriləyib. 

Daha sonra, 2016-cı ilin ilk rübünün sonuna qədər, yəni, sonrakı bir ildə azalma sürətlə davam edib və AMB-nin ehtiyatları 4 mlrd. dollar səviyyəsində sabitləşib. 

"Bununla yanaşı, Neft Fondunun da valyuta ehtiyatları cari ildə 34 mlrd. dollara yaxın səviyyədə qərarlaşıb. Buna səbəb AMB-nin monetar sərtləşdirmə tədbirləri həyata keçirərək, valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq olub”, - deyə analitiklər əlavə ediblər. 

Xatırladaq ki, bir neçə gün əvvəl AMB sədri Elman Rüstəmov 2017-ci ildə də monetar siyasətdə sərtləşmənin, yəni manat pul kütləsinin sterilizasiyasının davam etdiriləcəyini bildirib.

Lakin "Report”un analitik qrupu hesab edir ki, AMB bazardan hazırkı səviyyədən daha çox pul çəkə bilməyəcək: "AMB-nin not yerləşdirilməsi üzrə son hərracında təklif olunan həcmin yalnız 4%-nə tələb olub. Bu da manat kütləsinin bundan artıq azala bilmədiyini göstərir”.

Qeyd edək ki, Azərbaycanda M1 pul aqreqatı (banklardan kənarda nağd pul + manatla tələb olunanadək depozitlər) 2016-cı il noyabrın 1-nə 8157,7 mln. manat təşkil edib. Bu da son 4 ayın minimal göstəricisidir. Xatırladaq ki, devalvasiyadan sonra M1 pul aqreqatının ən minimal həddi bu ilin yanvarında (6 273,7 mln. manat) qeydə alınıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol