• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Xəritəsi: Hökumətdən əhaliyə ucuz ev planı

Yol Xəritəsi: Hökumətdən əhaliyə ucuz ev planı
09.12.2016 18:12
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilib. 

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, onlardan biri Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsidir. 

Sənədə əsasən, 2020-ci ilədək strateji baxışda ölkədə mənzil ehtiyacının ödənilməsi planlaşdırılır. Bunun üçün yaşayış binalarının və müvafiq sosial infrastrukturun (məktəb, xəstəxana və s.) tikintisində Mənzil İnşaatı Dövlət Agentliyin (MİDA) mövqeyinin gücləndirilməsi vacibdir. 

Yol xətritəsi 2025-ci ilədək uzunmüddətli baxışda şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulmasını nəzərdə tutur. 2025-ci ildən sonra isə hədəf rayonlarda da uyğun qiymətə mənzil sektorunun davamlı inkişafı üçün çatışmazlıqların aradan qaldırılmasıdır. 

Qeyd edək ki, "uyğun qiymət” anlayışı dünyanın müxtəlif ölkələrinin təcrübələrində fərqli izah edilir. Lakin əksər ölkədə qəbul olunmuş standart mənzilin alınması üçün çəkilən xərcin ailə gəlirinin 40-50%-indən çox olmamasıdır.

Aparılan hesablamalara görə, bu gün dünyanın inkişaf etməkdə olan və eləcə də inkişaf etmiş ölkələrində təxminən 330 milyon ailə uyğun qiymətə keyfiyyətli mənzil almaq problemi ilə üz-üzədir və bu göstərici artmaqdadır.

Beynəlxalq təcrübədə mənzil xərclərinin azaldılması və əhalinin standartlara cavab verən mənzillərə ehtiyacının ödənməsi üçün əsasən aşağıdakı dörd istiqamətə diqqət yetirilir:

1) uyğun qiymətə mənzillərin tikintisi üçün əlverişli torpaq sahələrinin müəyyənləşdirilib ayrılması;

2) kommunal və təmir xərclərinin optimallaşdırlıması; 

3) tikinti prosesində səmərəliliyin təmin edilməsi; 

4) maliyyələşdirmə və benefisiarların seçilməsi. 

Strateji planda nələr var? 

Azərbaycanın uyğun qiymətə mənzil təminatı sektorunda 2020-ci ilədək strateji baxış ölkədə mənzil ehtiyacının azaldılması və bu məqsədlə yaşayış binalarının və müvafiq sosial infrastrukturun tikintisində Agentliyin mövqeyinin gücləndirilməsindən ibarətdir.  

Uyğun qiymətə mənzil təminatı üzrə Strateji Baxış və Yol Xəritəsi aşağıdakı əsas strateji məqsədləri müəyyənləşdirib:

- Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, xüsusilə aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

- əhalinin sosial müdafiəsinin gücləndirilməsi

-  urbanizasiya prosesinə nəzarət imkanlarının genişləndirilməsi

- tikinti sektorunda rəqabət mühitinin gücləndirilməsi

-  tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi

- dövlət vəsaitindən səmərəli istifadənin təmin edilməsi

- ekoloji cəhətdən təmiz və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış massivlərinin tikilməsi

- şəhərsalma və tikinti sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi.
2025-ci ilədək şəhərlərin inkişaf planı 

Yol xəritəsinə görə, 2025-ci ilə qədər uzunmüddətli baxışda şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulması və urbanizasiyanın inkişafı nəzərdə tutulub.

Azərbaycan əhalisi "MİDA” MMC vasitəsilə keyfiyyət standartlarına cavab verən mənzillərlə təmin ediləcək və urbanizasiyanın inkişafı dəstəklənəcək .   

Azərbaycanın hər bir rayonunda əhalinin mənzil ehtiyacının ödənilməsinə hərtərəfli nəzarət ediləcək, mövcud tələbat mütəmadi olaraq araşdırılacaq və hazırlanacaq qısa və uzunmüddətli mənzil təminatı planı (Dövlət Proqramı) əsasında qarşılanacaq, eləcə də şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulması təmin ediləcək. 

Mənzilə ehtiyacı olan ailələrin mənzillə təmin edilməsi, qanunsuz tikililərin köçürülməsini və onların yaranmasına qarşı tədbirləri nəzərdə tutan plan əsasında şəhərlərin inkişaf etdirilməsi, eləcə də tikinti sektorunun fəaliyyətinin yerli və xarici investorlarla dəstəklənməsi üçün ardıcıl və sistemli tədbirlər planı işlənərək həyata keçiriləcək.        

 Ölkənin regionlarının inkişaf etdirilməsi üçün uyğun qiymətə mənzillər hazırlanmalıdır. Bu zaman əsas diqqət mənzil təminatına ciddi ehtiyac duyan ailələrə yönəldilməlidir.

Burada əsas məqsəd uyğun qiymətə mənzil təminatında yaranmış çatışmazlıqları "MİDA” MMC-nin görəcəyi tədbirlər sayəsində 2025-ci ilə kimi aradan qaldırmaqdan ibarətdir. Uyğun qiymətə mənzil təminatı layihələri və hər il tikilən mənzillər 2025-ci ilə kimi aşağı və orta gəlirli gənc ailələrin və müəyyənləşdirilən sosial qrupların mənzil ehtiyaclarının aradan qaldırılmasına yönəldiləcək.  

Dövlət və yerli idarəetmə orqanları "MİDA” MMC-nin hazırladığı uyğun qiymətə mənzil təminatı layihələri üçün şəhər və rayon mərkəzində və kənarda torpaq sahələri ayıracaqlar. Müvafiq torpaq sahələrinin müəyyən edilməsi və onların mülkiyyət hüququnun "MİDA” MMC-yə ötürülməsi xərclərin azalmasına və layihələrin birləşdirilməsinə şərait yaradacaq.

"MİDA” MMC bundan sonra ərazi üzrə bazar qiymətinə uyğun həyata keçirdiyi layihələrdən əldə etdiyi gəlirlərlə orta bazar qiymətindən aşağı layihələri maliyyələşdirəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol