• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu küçəsindəki bütün binalar söküləcək – FOTOLAR

Bakının bu küçəsindəki bütün binalar söküləcək – FOTOLAR
09.12.2016 17:48
Paytaxtda nəhəng söküntü dalğası başlayıb. Sakinlər evlərindən çıxarılı
 
ANN.Az sputnik.az-a istinadən xəbər verir ki, bir neçə gündür ki, Nərimanov rayonu Faiq Yusifov küçəsində binaların söküntüsünə başlanılıb.

Ərazi dəmir çəpərlərlə əhatəyə alınıb. Binlar sökülür və qarşısında olan ağaclar kəsilir. 

Əraziyə yaxınlaşmağa isə icazə verilmir. Ötən gün əraziyə yaxınlaşıb, bir neçə foto çəkmək istədim. Yolun kənarında dayanmış və özünü tikintinin briqadiri kimi təqdim edən şəxs "mən sizə məlumat verə bilmərəm, gedin, işinizlə məşğul olun” dedi. 

Ərazidə yaşayan sakinlərlə söhbət zamanı məlum oldu ki, 2-3 ay əvvəl sakinlərlə müqavilə bağlanıb və onların köçürülməsi üçün işlər görülür.

Sakinlərdən birinin sözlərinə görə, əvvəllər bu ərazilər İmişli rayonundan olan sahibkara aid imiş. Sonradan ərazi ondan alınıb. Yeni sahibin kim olunduğu bilinməsə də, sakinlərin diqqətini çəkən odur ki, son zamanlar əraziyə ərəblər daha çox gəlirlər. 

"Ərazidə 9 mərtəbəli binalar tikiləcək. Sakinlərə - 1 otağı olanlara 300 manat, 2 otağı olanlara 400 manat, 3 otağı olanlara 500 manat kirayə pulu verilir. Deyilənə görə, 1 il 8 ay və ya 2 il ərzində sakinlər yeni mənzillərlə təmin ediləcəklər”, - sakinlərdən, adının çəkilməsini istəməyən həmsöhbətimiz bildirdi. 

Onun sözlərinə görə, burada yaşayan sakinlərə, yeni tikilmiş binalarda, daha geniş kvadratla yeni mənzillər veriləcək: 

"Sakinlərin bu tikintiyə və söküntüyə heç bir narazılığı yoxdur. Çünki buradakı evlər Sovet dövründən qalmış köhnə, təmirsiz, kiçik kvadratlı mənzillərdir”. 

Sakinlərin sözlərinə görə, Faiq Yusifov küçəsindəki binaların hamısı artıq "plana” düşüb və yaxın günlərdə küçə boyundakı bütün binalar söküləcək. Və yeri gəlmişkən, ərazidə Pişəvari adına Humanitar Fənlər Gimnaziyası da yerləşir.
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol