• $
  • €
  • ₽
  • ₺
  • £

Strateji Yol Xəritəsinin icrasına 27 mlrd. manat lazımdır

Strateji Yol Xəritəsinin icrasına 27 mlrd. manat lazımdır
09.12.2016 19:40
"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş bütün sektorlar üzrə strateji hədəflərə nail olmaq üçün 27 mlrd. manat məbləğində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. 

"Report” xəbər verir ki, bu barədə adı çəkilən sənəddə bildirilir.

Strateji Yol Xəritəsinə əsasən, bu vəsait dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Söhbət dövlət büdcəsindən, büdcədənkənar fondlardan, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən, yerli büdcələrdən, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitlərindən, birbaşa xarici investisiyalardan, ölkənin bank sisteminin kreditlərindən və qrantlarından, beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditlərindən, texniki və maliyyə yardımlarından, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən gedir.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol