• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: "At ətini ixrac edəcəyimiz əsas istiqamət Qazaxıstandır"

Nazir müavini: "At ətini ixrac edəcəyimiz əsas istiqamət Qazaxıstandır"
12.12.2016 15:16
Azərbaycanda at ətinin ixrac ediləcəyi əsas istiqamət Qazaxıstan olacaq.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı ilkin razılaşma əldə olunub.

Nazir müavini əlavə edib:
 
"Bildiyiniz kimi, Azərbaycan bu ildən heyvan mənşəli qeyri-ənənəvi kənd təsərrüfatı məhsullarının ixracına başlayıb. At ətinin ixracı ilə bağlı biz artıq Moldova ilə saziş imzalamışıq, amma bizim üçün ixracatda hədəf istiqamət Qazaxıstandır. Bu məsələ hökumətlərarası komissiyanın iclasında qaldırılıb, indi bununla bağlı konkret addımlar atılır”.

S.Talıbov qeyd edib ki, at əti ixracı zamanı əsas məsələlərdən biri ölkədə at genofondunun saxlanması olacaq.

Nazir müavini bildirib:
 
"At ətinin ixracı həm ölkənin ixracat həcmini, həm də coğrafiyasını genişləndirəcək. Bizim əsas məqsədimiz Qarabağ və Dilbazi atlarının genofondunun saxlanmasıdır. Ona görə ixracat zamanı genofondun saxlanması və genetik potensialın genişlənməsi ilə yanaşı, bu genofonda daxil olmayan atların ixracı ilə bağlı tədbirlər həyata keçiriləcək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol