Rusiya neft ixracını azaltmayacaq

Rusiya neft ixracını azaltmağı planlaşdırmır.
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın "Transneft" şirkətinin rəhbəri Nikolay Tokarev açıqlama verib.
Rusiyanın energetika naziri Aleksandr Novakla bu gün Moskvada keçirilən görüşdə N.Tokarev daha sonra jurnalistlərin suallarını cavablandırıb: "OPEC ilə razılaşma neft hasilatının azaldılması istiqamətindədir. Başqa sözlə, Rusiya neft ixracını azaldılması ilə bağlı addım atmayacaq".
"Transneft" rəhbəri Rusiyanın 2017-ci ilin mart ayına qədər hasilatı gündəlik 200 min barel, aprelə qədər isə daha 100 min barel azaldacağını bildirib. "LUKoil" şirkətinin vitse-prezidenti Ravil Maqanov isə Rusiyadakı neft şirkətlərinin ölkənin məcmu hasilatda payları qədər hasilatlarını azaldacaqlarını qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















