• $
  • €
  • ₽
  • ₺
  • £

FED-in qərarı manatın məzənnəsinə necə təsir göstərəcək?

FED-in qərarı manatın məzənnəsinə necə təsir göstərəcək?
15.12.2016 10:29
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası əsas uçot dərəcəsini 0,5-0,75%-dək artırmaq barədə qərar qəbul edib.

Bəs FED-in uçot faiz dərəcəsini artırması qlobal, eyni zamanda Azərbaycan bazarına necə təsir edəcək?

Oxu.Az bu barədə yerli ekspertlərin fikirlərini öyrənib. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyir ki, qərar qlobal bazarda dollara tələbatı artıracaq:

"Qlobal valyuta bazarı son bir ayda FED-in potensial qərarına hazır olmağa çalışdı desək yanılmarıq. Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlər ilə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir”.

Aydındır ki, uçot faiz dərəcəsi artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. 

Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”, - deyə ekspert əlavə edib.

Öz növbəsində, iqtisadçı-ekspert Pərviz Heydərov da bu qərarın manata təsirləri barəsində öz fikirlərini bölüşüb:

"Bu qərar ola bilsin ki, növbəti ildə təkrar olunmayacaq. Yəni, bir müddət FED anoloji qərara bir daha getməyəcək. Çünki bunun özünün qəbuluna böyük hazırlıq getdi.

Belə ki, neft OPEK tərəfindən nəhayət ki, məlum yekdil qərarın qəbul edilməsi ilə nisbətən bahalaşdırıldı, Amerika iqtisadiyyatında məşğulluq və inflyasiya kimi göstəricilər məqbul səviyyəyə gətirildi, adı çəkilən ölkədə prezident seçkilərinin nəticəsi gözlənildi və sair. Yəni ki, bunlar məlum məsələlər idi. Və gözlənilməsi vacib məsələlər idi.

Lakin, məlumdur ki, keçən ilin dekabr ayında FED tərəfindən 9 illik fasilədən sonra baza faiz dərəcəsinin 0,25% qaldırılması bütün dünya bazarlarında və eləcə də ölkələrin milli valyutaları üçün şok effekti yaratdı.

Demək olar ki, hər yerdə tarazlıq pozuldu. Neftin dünya bazarlarında qiymətləri daha sürətlə enməyə başladı. Ümumən, dünya iqtisadiyyatında onsuz da ciddi çətinliklər içərisində olan istehsal dalana dirəndi.

Azərbaycanda da manat 2-ci dəfə məhz bundan sonra - dekabrın 21-də devalvasiyaya uğradı. Özü də bu dəfə birincidən (34%) daha çox səviyyədə - 47%. Üstəlik, Mərkəzi Bank (AMB) bununla "üzən məzənnə” rejiminə keçdiyi haqda qərar da qəbul etdiyini bəyan etdi.

Bəs, bu dəfə necə?! Manat növbəti dəfə kəskin devalvasiyaya uğrayacaqmı?! Maraqlıdır: iqtidara müxalifət cəbhəsində-hökumətin iqtisadi kursuna opponent iqtisadçı ekspertlərin cəbhəsində bir "atəşfəşanlıq” hiss edirəm - necə deyərlər, "toy-bayram” səsləri eşidirəm.

Lakin qeyd edim ki, ki, manatın məzənnəsini FED-in qərarlarına bağlamaq düzgün deyil. Düzdür, keçən il manatın 2-ci dəfə devalvasiyası məhz FED-in baza faiz dərəcəsini 0,25% artırması haqda qərarından dərhal sonraya təsadüf etdi.

Amma bu, o demək deyildi ki, 2-ci devalvasiya məhz bu səbəbdən baş verdi. Buna qədər də məlum idi ki, manat növbəti dəfə də ucuzlaşdırılacaq və "üzən məzənnə” rejiminə keçiləcək.

Odur ki, manatın məzənnəsi ilə bağlı yaxın perespektivdə vəziyyəti FED-in qəbul etdiyi qərara deyil, məhz neftin dünya bazar qiymətləri müəyyən edəcək. Mən məqalələrimdə də yazmışdım ki, OPEK-in hasilatı azaltmaq barədə qərarına ABŞ-ın da razılığı olub. Yəni qiymətlər 55-60 dollaradək bahalaşdırımalı idi ki, FED faiz dərəcəsini qaldıran kimi, yenidən öz "məcrasına” qayıtsın.

Neftin qiymətinin 45-50-55 dollar səviyyəsində olması bizə bu gün üçün məqbul səviyyədir. Başqa sözlə desəm, hər şeyin yaxşı olması – ölkəmizdə iqtisadi atmosferin normal məcraya düşməsi üçün neftin 45-50-55 dollar səviyyəsi belə demək mümkündürsə, vaxt qazanacağımız demək olacaq.

Yaxın perespektivdə isə neftin bundan da aşağı ucuzlaşacağı gözlənilmir. Orta perespektivdə isə vəziyyət stabilləşəcək. Bir sözlə desəm, çətini yeni ilin I üç ayı ərzində olacaq”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol