• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar yeni formada hesabat verəcəklər

Banklar yeni formada hesabat verəcəklər
15.12.2016 18:13
Maliyyə xidmətləri sektorunun hesabatlılığında şəffaflığın artırılması nəzərdə tutulur.

ANN.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.

Yol Xəritəsində bildirilir ki, maliyyə xidmətləri sektorunun hesabatlılığında şəffaflığın artırılması imkanları mövcuddur. Sektor üzrə açıqlanan məlumatların əhatəlilik səviyyəsi və keyfiyyəti qənaətbəxş səviyyədə deyildir.

Məlumatların açıqlanması üzrə şəffaflığın artırılması daha dəqiq və məlumat-əsaslı qərarların verilməsi imkanı yaratmaqla, bütün bazar iştirakçılarının maraqlarına xidmət edir.

Görüləcək tədbirlər

Tədbir 1:

Hesabatlılıq və məlumatların açıqlanması üzrə cari vəziyyətin diaqnostikası
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qabaqcıl beynəlxalq təcrübəni araşdırmaqla, hesabatlılıq və məlumatların açıqlanması sahəsində mövcud boşluqları müəyyən edəcəkdir.

Araşdırmalar hesabatvermə formalarının əhatəliliyi ilə yanaşı, ictimaiyyətə açıqlanan məlumatlar, qlobal hesabatvermə meyarları və ümumi sektor göstəricilərinin açıqlanması kimi məsələləri əhatə edəcəkdir.

Tədbir 2:

Yeni hesabatvermə formalarının hazırlanması

Diaqnostikanın nəticələri əsasında MBNP təkmilləşdirilməsi zəruri olan müvafiq istiqamətləri müəyyən edəcəkdir. Standartlaşdırılmış hesabatvermə formalarını və müvafiq təlimatları hazırlayacaqdır.

Tələb olunan investisiya

Bu prioritetin həyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb olunmur.

Gözlənilən risklər 

Prioritet çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olmaqda əsas risklərə maliyyə institutlarının həssas məlumatları açıqlamaqda maraqlı olmaması, yaxud açıqlanan məlumatların bazar iştirakçıları tərəfindən düzgün şərh edilməməsi və nəticədə şirkətlərin maliyyə dayanıqlılığı üçün arzuolunmaz risklərin yaranması, maliyyə institutlarının daxili informasiya sistemlərinin açıqlanması tələb olunan məlumatları tam generasiya etməməsi kimi amillər aid edilə bilər.

Tədbir 3:

Məlumatların açıqlanması mexanizmlərinin müəyyən edilməsi MBNP məlumatların toplanılması və açıqlanması prosedurlarının müəyyən edilməsi, o cümlədən açıqlanacaq məlumatların tərkibi, açıqlanma tarixi, tezliyi və platformasının müəyyən edilməsi üçün işçi qrup yaradacaqdır. Təkliflər əsasında MBNP tədbirlər planı hazırlayaraq onun icrasına başlayacaq.
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol