Milli reytinq agentlikləri yaradılacaq - Azərbaycanda

Maliyyə Bazarlarına Nəzarət Palatası qabaqcıl beynəlxalq təcrübələri nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək.
ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsində qeyd edilib.
Sənəddə deyilir ki, müvafiq qərara uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. "Milli reytinq agentliklərinin olmaması ilə əlaqədar bu xidmətlər yalnız beynəlxalq reytinq agentlikləri tərəfindən göstərilir. Nəticədə, az sayda iri şirkət qeyd edilmiş xidmətlərə çıxış əldə edir", - deyə sənəddə bildirilir.
Strateji yol xəritəsinin Təbdirlər Planında isə qeyd edilib ki, milli reytinq agentliklərinin yaradılması 2018-2019-ci illərə təsadüf edə bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















