• $
  • €
  • ₽
  • ₺
  • £

"Qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil"

"Qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil"
15.12.2016 20:22
"Qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir".

ANN.Az-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn ABŞ səfirliyində jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
Amos Hokstayn bildirib ki, dünyanın əksər ölkələrindən fərqli olaraq, bizdə enerji sahəsində bir və ya beş şirkət deyil, 4000-ə yaxın şirkət fəaliyyət göstərir: "ABŞ prezidenti və ya mən müraciət edib desək ki, qiymətlərin artması üçün hasilatı azaldın, o şirkətlər bizi dinləməyəcək”.
 
 
O əlavə edib ki, dünya enerji bazarında təklif artımı müşahidə olunur və qiymətlər aşağı düşür: "Lakin qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir. Məhz OPEC qiymətlərin dəyişməsinə təsir edən qurumdur. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını təmin etmək üçün hasilatı azaltmaq barədə qərara gəliblər”. 

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi həmçinin "Türk axını" layihəsinə də münasibət bildirib: 
""Türk axını”, "Şimal axını” və istənilən layihədən asılı olmayaraq vacib məsələ budur ki, Avropaya qaz təchizatının diversifikasiyası istiqamətində səylər göstərməliyik. Əmin olmalıyıq ki, Avropanın enerji, qazla təminatı sayəsində müxtəlif mənbələrdən prinsiplər tətbiq edilir. Hər hansı boru xətləri, enerji təzhizatı hər hansı bir dövlətin müstəqilliyi, suverenliyi əleyhinə silah kimi istifadə olunmalı deyil. Qeyd edim ki, bu kimi prinsiplər Avropada çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Ukraynada da böyük əhəmiyyətə malik məsələdir”, - deyə A.Hokstayn əlavə edib. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol