• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin orqanizm aşkar olunan məhsul məhv edildi - FOTOLAR

Karantin orqanizm aşkar olunan məhsul məhv edildi - FOTOLAR
16.12.2016 10:19
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bu gün 10 tona yaxın karantin orqanizm aşkar edilmiş qarğıdalını yandıraraq məhv edib”. 

ANN.Az xəbər verir ki, bu barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətuat xidmətindən məlumat verilib. Bildirilib ki, bir neçə gün əvvəl Dövlət Xidməti Rusiya Federasiyasından ölkəmizə idxal olunmuş 1050 ton ərzaqlıq qarğıdalıda yovşanyarpaqlı ambroziya (Ambrosia artemisiifolia L.) aşkar edib.

 
 
"S.A.N.İ Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus yükdən götürülmüş nümunələrin Dövlət Xidmətinın Karantin Ekspertiza  Mərkəzinin müvafiq laboratoriyasında ekspertizası zamanı aşkar olunan alaq otu toxumunun karantin əhəmiyyətli olduğu müəyyən edilib və məhsulun ölkə daxilində satışına və istifadəsinə icazə verilməyib. Yük sahibinin diqqətinə çatdırılıb ki, karantin tədbirlər sisteminə riayət etmək şərti ilə yük xüsusi aqreqatlar vasitəsi ilə təmizlənməli, ayrılmış çıxar isə alaq toxumları ilə birlikdə məhv edilməlidir. Tələb olunan fitosanitar tədbirlər sistemi həyata keçirildikdən sonra məhsul təkrar yoxlanılmalı və ambroziya aşkar edilmədikdə, istifadə edilməsinə icazə verilməlidir.

Məhsul xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra alınmış 10 tona yaxın ambroziya toxumları olan çıxar "S.A.N.İ. Kəndli Fermer Təsərrüfatı” MMC-nin Bərdə rayonunun Çələbilər kəndindəki ərazisində 15 dekabr 2016-cı il tarixində yandırılma yolu ilə məhv edilib.

 

Qeyd edək ki, yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisidir. İnkişaf etmiş yerüstü və kök sistemi sayəsində bu alaq otu torpağı çox qurudur və münbitliyi azaldır. Ambroziya qalıqları qarışmış yem ilə qidalanmış heyvanların südü və süd məhsulları acı dadlı olmaqla yanaşı, xoşagəlməz iy verir.
Yovşanyarpaqlı ambroziya təhlükəli alaq otu olmaqla yanaşı, həm də insan sağlamlığı üçün təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər – ambroziya polinozları əmələ gətirir. Bu insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə iş qabilliyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial astmaya çevrilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol