• $
  • €
  • ₽
  • ₺
  • £

Lüks əşyalara görə vergilərin artırılma – SƏBƏBLƏRİ

Lüks əşyalara görə vergilərin artırılma – SƏBƏBLƏRİ
19.12.2016 23:18
2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara, xəz-dəriyə, minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aksiz dərəcələri artırılacaq.

ANN.Az "Marja”-ya istinadən xəbər verir ki, bir çoxları hesab edir ki, hökumət büdcəni doldurmaq üçün bu addımı atır. 

Lakin bu tam doğru versiya deyil. İndiki vəziyyətdə belə artımlar ilə büdcəyə böyük məbləğdə vəsait toplamaq olmaz. Götürək avtomobil idxalını - əvvəlki illə müqayisədə 5 dəfədən çox azalıb. Vaxtilə ildə 100 min ədəddən çox avtomobilin idxal oluduğu Azərbaycana, bu ilin 11 ayında cəmi 4820 ədəd avtomobil idxal olub. 

Aksiz dərəcələrinin artırılması bu idxalın bir qədər də azalması ilə nəticələnə bilər. Əksinə, aksiz dərəcələrinin artması ilə büdcəyə bu yolla daxilolma bir qədər də azala bilər.

Bəs nə üçün aksizlər artırıldı? Bu sualın cavabı USD/AZN məzənnəsidir. Sayt yazır ki, hökumət idxalı azaltmaq üçün müxtəlif imkanlardan istifadə edir. Çünki idxal ölkədən dolların çıxmasının bir nömrəli səbəbkarıdır. 

Lüks əşyalara vergilərin artırılmasının səbəbi bu mallara tələbin azaldılmasına və nəticədə də idxalın azalmasına nail olmaqdır. Satışlar azaldığından xaricdən daha az avtomobil, qızıl, xəz dərilər və s. idxal olunacaq və ölkədən dollar çıxışı da azalacaqdır. Qısası, hökumət vergi siyasəti ilə də məzənnəyə təsir etməyə çalışır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol