• $
  • €
  • ₽
  • ₺
  • £

"Xəzər Dəniz Gəmiçiliyi"nin iki gəmisi beynəlxalq sertifikata layiq görüldü

"Xəzər Dəniz Gəmiçiliyi"nin iki gəmisi beynəlxalq sertifikata layiq görüldü
30.12.2016 15:57
"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin daha iki növ gəmisi dünyada nüfuzlu təsnifat təşkilatlarından sayılan Amerika Gəmiçilik Bürosunun (ABS) keyfiyyət  sertifikatına layiq görülüb.
 
Qurumdan verilən məlumata görə, ABS-in "Xəzər Dəniz Gəmiçiliyi”də "Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) tələblərinə uyğun növbəti xarici auditi  keçirilib. QSC-nin donanmasına məxsus "Yarenqa” təchizat-yedək və "Şirvan” kran gəmiləri nümunə kimi beynəlxalq İSO sertifikatlaşması üçün auditə təqdim olunub.
 
Auditin proseduruna görə, aşkarlanan uyğunsuzluqlar barədə "Uyğunsuzluq plan”ları 30 gün ərzində ABS-in auditoruna təqdim olunub. Təqdim edilən materialları auditorlar yoxladıqdan sonra QSC-nin donanmasında olan bütün təchizat-yedək və kran tipli gəmilər 5 illik müddətinə uyğunluq sertifikatına layiq görülüblər.
 
Xatırladaq ki, "Xəzər Dəniz Gəmiçiliyi” QSC 2015-ci ildə ABS tərəfindən İSO-nun beynəlxalq idarəetmə standartlarının tətbiqinə görə uyğunluq sertifikatına layiq görülüb. QSC-yə məxsus daha iki tip gəmi də İSO-nun  keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi tələblərinə cavab verərək  uyğunluq sertifikatı alıb. Daha əvvəl isə uyğunluq sertifikatına QSC-nin neft tankerləri, Ro-Ro sərnişin gəmiləri və quru yük daşıyan gəmiləri layiq görülüb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol