• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək

Sabahdan isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək
31.12.2016 13:13
Sabahdan  isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək.
 
Bu, Nazirlər Kabinetinin "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.
 
Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı çıxarılıb. Bu qərar sabah, 1 yanvar 2017-ci ildən qüvvəyə minir.
 
"Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev APA-ya açıqlamasında bildirib ki, qərarda söhbət mərkəzi isitmə sistemindən getmir, mərkəzi isitmə sistemi ilə istiliklə təmin edilən yaşayış binaları və sosial obyektlər üçün tarif olduğu kimi qalır.
 
Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 4 saylı qərarı ilə mərkəzi istilik xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənir və bundan sonra da tənzimlənəcək:
 
"Sadə dildə desək, "otoplenie” olan yaşayış binaları və sosial obyektlərə istilik xidmətləri yenə də dövlət tərəfindən tənzimlənəcək və bu sahədə qiymətlər dəyişməyib. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 4 saylı qərarı ilə 1 m2 yaşayış sahəsi üzrə istilik xidməti aylıq 15 qəpik, qeyri-əhali üzrə (sosial obyektlər) 1 m3 isidilən həcm üçün aylıq 25 qəpikdir. Bu qiymətlər olduğu kimi qalır”.
 
R. Əliyev bildirib ki, söhbət sadəcə gələn il yanvarın 1-dən isti su tariflərinin dövlət tərəfindən tənzimlənmədən çıxarılmasından gedir:
 
"Burada söhbət hamamda, mətbəxdə işlədilən isti sudan gedir. Ümumilikdə götürüləndə, Azərbaycanda belə isti su ilə təmin olunan binaların xüsusi çəkisi 2 faizdən artıq deyil. Rəqəmlə ifadə etsək, respublika üzrə cəmi 261 yaşayış binasına isti su verilir. Bu binaların da 129-u Bakıda yerləşir. Regionlarda isti su verilən binalar isə əsasən məcburi köçkünlər üçün tikilən binalardır. İsti su ilə təmin olunan səhiyyə, təhsil müəssisələrinin xüsusi çəkisi isə çox cüzidir, heç 1 faizə də çatmır. Bu müəssisələrin mütləq əksəriyyətində isti su əldə edilməsi ilə bağlı müstəqil, daxili sistem var. Beləliklə, söhbət yalnız respublika üzrə 261 yaşayış binasına və 1 faizə belə çatmayan sosial obyektlərə verilən isti sudan gedir. Bu gün isti suyun qiyməti əhali üçün 1 kub metrə 40 qəpik, qeyri-əhali qrupu üçün isə isti suyun 1 kub metr 1 manat 50 qəpikdir. Digər tərəfdən, burada söhbət heç də yanvarın 1-dən mütləq isti suyun qiymətinin artmasından da getmir. Sadəcə, yanvarın 1-dən isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək”. //APA

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol