Banklardan birində sədr müavini vəzifədən getdi

"AtaBank"ın İdarə Heyətinin sədr müavini Emil Əmirov vəzifəsini tərk edib.
Trend-in banka istinadən verdiyi məlumata görə, həmin vəzifə hazırda vakant olaraq qalır.
Bankın İdarə Heyətinə hazırda 4 nəfər daxildir - sədr Dəyanət Quliyev, müavinləri Etibar Babaşlı, Səbuhi Əliyev və Rauf Hüseynov.
"AtaHolding"in tərkibinə daxil olan "AtaBank" bank sektorunda 1993-cü ildən fəaliyyət göstərir.
www.ann.az
Son xəbərlər 
Daha çox 























