• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı aeroportu THY-nin Bakı-İstanbul aviareysini "təxirə salır"

Bakı aeroportu THY-nin Bakı-İstanbul aviareysini "təxirə salır"
06.01.2017 13:50
Türkiyənin İstanbul şəhərində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar "Türk Hava Yolları" (THY) aviaşirkəti 34 daxili və beynəlxalq reysi təxirə salıb. 
 
ANN.Az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə THY-nin yaydığı məlumatda deyilir.
 
Təxirə salınan aviareyslərin siyahısına diqqət yetirəndə məlum olur ki, əlverişsiz hava şəraiti Bakıdan İstanbula və əks istiqamətdə yerinə yetirilən reyslərə təsir etməyib.
 
Maraqlıdır ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının rəsmi saytındakı "Reys cədvəli" bölməsində yer alan məlumata əsasən, bu gün səhər saat 06:10-da yerinə yetirilməli olan aviareys təxirə salınıb. Analoji hal ötən gün də yaşanıb. Hətta hava limanının məlumat bürosu da informasiyanı təsdiqləyib.
 
THY-nin Bakı ofisindən isə "APA-Economics"ə bildirilib ki, nə ötən gün, nə də bu gün aviaşirkətin heç bir reysi təxirə salınmayıb.
 
Bununla yanaşı, hava limanının saytında qeyd edilib ki, THY Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına uçuşlar yerinə yetirir və təxirə salınan da məhz həmin reysdir. THY-nin rəsmiləri isə bildirir ki, şirkət artıq ötən ilin sentyabr ayının 2-dən Bakıdan Sabiha Gökçen hava limanına uçuş yerinə yetirmir. "THY yalnız Bakıdan İstanbulun Atatürk hava limanına aviareys yerinə yetirir", - deyə şirkətin rəsmisi bildirib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol