• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya

“Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya
19.01.2017 12:23
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum proqramının üzvləri üçün növbəti lotereyasına start verdiyini elan edir. 

Lotereyada oynanılan əsas mükafatın şanslı qalibinə Bakcell tərəfindən Mançesterə səyahət paketi təqdim olunacaq.

Lotereya çərçivəsində Bakcell abunəçiləri 10 ədəd 100 AZN-lik, 20 ədəd 50 AZN-lik, 40 ədəd 30 AZN-lik və 90 ədəd 20 AZN-lik hədiyyə kartlarını udmaq şansını qazanacaqlar. Lotereyada oynanılan həftəlik uduş fondu, ümumi məbləği 5000 AZN təşkil etməklə, 160 ədəd hədiyyə kartından və final oyunda oynanılan bir əsas mükafatdan – Mançester şəhərinə səyahət paketindən ibarətdir.

Lotereyada iştirak etmək üçün "KOD” yazıb 5555 nömrəsinə SMS göndərmək yetərlidir. Bu zaman "Bakcell”dən abunəçiyə Ulduzum proqramının L’occitane, Katv1, Domino’s Pizza, Kids World, Tusi-Bohm Planetarium, Poppy gallery, Karen Millen, Megafun, Flo, Puma kimi tərəfdaşlarından birində istifadə etmək üçün Ulduzum kodu gələcək. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 10 AZN olmalıdır. Qeyd olunan tərəfdaşların mağazalarında edilən hər 10 AZN məbləğində alışın müqabilində Bakcell abunəçiləri avtomatik olaraq Ulduzum lotereyasında iştirak etmək üçün imkan qazanacaqlar. Etdikləri alışların sayından asılı olaraq, Bakcell abunəçiləri həftəlik və final lotereya oyunlarında iştirak etmək imkanlarının miqdarı barədə məlumat mesajı alacaqlar.

Ulduzum lotereyası 10 yanvar 2017-ci il tarixindən 21 mart 2017-ci il tarixinədək keçiriləcək. Bu müddətdə həftəlik uduşların nəticələri hər Çərşənbə axşamı elan ediləcək. Həftənin qalibi olmuş istənilən iştirakçı eyni zamanda lotereyada oynanılan əsas mükafatın şanslı qalibi ola və Mançester şəhərinə səyahət edə bilər. Lotereyanın final oyunu 27 mart 2017-ci il tarixində keçiriləcək.

Qeyd edək ki, Ulduzum proqramının 220-dən çox partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. Hazırda Ulduzum proqramının 2000000 nəfərdən çox abunəçisi var.

Ulduzum Lotereyası və Ulduzum proqramının üstünlükləri barədə daha ətraflı məlumatı www.ulduzum.az səhifəsindən əldə etmək olar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol