• $
  • €
  • ₽
  • ₺
  • £

Şahin Mustafayev: "Yeni Nəticə Qrupu yaradılacaq"

Şahin Mustafayev: "Yeni Nəticə Qrupu yaradılacaq"
19.01.2017 12:19
"6 oktyabr 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı fərmanla Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması Azərbaycanın BMT iə əməkdaşlığında yeni yol açıb”.

ANN.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədi ilə əlaqədar yüksək-səviyyəli İstiqamətləndirici Komitənin ilk iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, UNAPF-ın həyata keçirilməsində "Vahid BMT Fəaliyyəti" yanaşmasını təmin etmək üçün BMT-nin göstərdiyi müştərək addımları əlaqələndirmək, eləcə də onlara kömək etmək məqsədilə, Nəticə Qrupu yaradılacaq: 

"2016-cı ilin iyulunda Azərbaycan hökuməti 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi sənədi imzalanıb. Nəticə Qrupu UNAPF-dakı birinci strateji prioritet sahə olan "Şaxələndirilmənin artırılmasını və layiqli iş imkanlarını özündə ehtiva edən dayanıqlı, inklüziv iqtisadi inkişafın təşviqi" üzrə həyata keçiriləcək tədbirlərin əhatə dairəsinə diqqət yetirəcək. Bununla yanaşı, Qrup fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinə, yeni qəbul edilən İqtisadi İslahatlar üzrə Steateji Yol Xəritəsinə və 2016-2030-cu illər üçün Milli Məşğulluq Strategiyası kimi milli inkişaf planlarına uyğunlaşdırmağa çalışacaq".

Orxan Aslanlı

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol