• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət rüsumları dəyişdirilir

Dövlət rüsumları dəyişdirilir
19.01.2017 14:50
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. 

Modern.az xəbər verir ki, layihə lisenziyalar üzrə dövlət rüsumlarının məbləğlərində dəyişikliyi nəzərdə tutur. Bildirilib ki, əvvəllər dövlət rüsumu 22 min manatdan çox deyildisə, indi artıq layihədə 1 mln. manat məbləğdə rüsuma rast gəlmək olar. Mobil rabitə xidmətləri üçün 1 mln. manat dövlət rüsumu nəzərdə tutulub. 

Layihədə ümumrespublika televiziya yayımı üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 22500 manat, regional TV üçün 1500 manat, ümumrespublika radio yayımı üçün 2500 manat, Bakı şəhəri üzrə 1250 manat, regional radio yayımı üzrə 500 manat nəzərdə tutulub. 

Layihədə olan rüsumlar lisenziya Bakıda oduqda 100% həcmində, regionlarda olduqda 50% ödənilir. 

Bundan başqa, layihə rüsumların ödənilməsi qaydasında dəyişikliyi nəzərdə tutur. Belə ki, hazırda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarına əsasən, qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun ("Avtomobil yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25%-i (bu qanunun 4.1-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. 

Dəyişikliklə, "istisna olmaqla" sözlərindən sonra "və ödənilən dövlət rüsumu üzrə 5 min manatdan çox olmamaq şərti ilə" sözləri əlavə edilir. Yəni, həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürülən məbləğ 5 min manatdan artıq olmamalıdır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol