• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi dövlət rüsumlarının məbləği kəskin azaldılır

Bəzi dövlət rüsumlarının məbləği kəskin azaldılır
19.01.2017 16:26
Azərbaycanda bəzi dövlət rüsumlarının məbləğində dəyişiklik edilir.
 
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini Fikrət Şirinov bildirib.
 
Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, əlverişli biznes mühitinin yaradılması və onların ilkin maliyyə resurslarının formalaşdırılması məqsədilə bəzi lisenziyalar üzrə dövlət rüsumunun məbləğləri bir neçə dəfə aşağı salınır.
 
F. Şirinov əlavə edib ki, dərman vasitələrinin satışı ilə məşğul olmaq üçün lisenziyanın alınması üçün dövlət rüsumu hazırda 5500 manat olduğu halda, təklif olunan dəyişiklikdə dərman vasitələrinin pərakəndə satışı üçün cəmi 1000 manat dövlət rüsumu müəyyən edilib:
 
"Bundan başqa, məktəbəqədər təhsil müəssisələrindən lisenziya üçün 2500 manat dövlət rüsumu alınırdısa, bu rüsumun 1250 manata endirilməsi təklif olunur. Baytarlıq preparatlarının istehsalı ilə məşğul olmaq üçün lisenziyaya görə isə dövlət rüsumunun məbləği 3000 manatdan 1500 manata endirilir”.
 
F. Şirinov əlavə edib ki, qanun layihəsində bəzi maliyyə xidmətləri göstərən publik hüquqi şəxslər tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinə görə dövlət rüsumlarının tam məbləğdə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub:
 
"2016-cı ilin yanvarın 1-dən dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək üçün dövlət rüsumunun 25%-i həmin orqanların maddi təminatının formalaşmasına yönəldilir. Layihədə isə nəzərdə tutulur ki, bir əqd üzrə dövlət rüsumu 5000 manatdan yuxarı olmadıqda həmin xidməti göstərən dövlət orqanının hesabına köçürüləcək”. 
 
O, dövlət rüsumunun məbləğinin Bakıda tam, regionlarda isə müəyyən olunmuş dövlət rüsumunun 50%-nin dövlət büdcəsinə ödənilməli olduğunu qeyd edib.
 
Layihə MM-in plenara iclasına tövsiyə olunub. //APA-Economics

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol