• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Azərbaycanda güclü turizm industriyası yaradılmalıdır”

Prezident: “Azərbaycanda güclü turizm industriyası yaradılmalıdır”
30.01.2017 14:56
"Azərbaycan hazırda özünü 100 faiz sementlə təmin edir”.
 
APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib. O bildirib ki, Azərbaycan özünü əhənglə 90 faiz, gipslə 200 faiz, mərmər-travertin ilə 46 faiz, alçipan ilə 100 faiz, armatur ilə 72 faiz, alüminium ilə 231 faiz təmin edir: "Keçən il tikinti malları sektoruna qoyulan investisiyalar azaldı, ancaq bu, müvəqqəti haldır. Mənzil İnşaat Agentliyi xətti ilə inşa olunacaq binalar, Bakıda köhnə binaların yerində yeni binaların tikilməsi layihələri bu sahəni canlandıracaq”.
 
Prezident qeyd edib ki, xalçaçılıq inkişaf etməlidir: "Azərbaycan turizm üçün çox cəlbedici ölkədir. Bakıda dünyanın aparıcı otel şəbəkələrinin mehmanxanaları var. Bizim qonaqpərvər insanlarımız, ölkədə sabitlik, təhlükəsizlik turistləri cəlb edir. Vizalar da sadələşdirilib. Azərbaycanda güclü turizm industriyası yaradılmalıdır”.
 
Dövlət başçısı Quba və Mingəçevir şəhərlərində "ASAN Xidmət” mərkəzləri açılacağını söyləyib: "Bu il həm də 42 min ictimai iş yerləri açılacaq. Biz bütün bu işləri görərkən bir neçə məqsəd güdürük. Biz kənd təsərrüfatı ixracını iki dəfə artıra bilərik. Beləliklə, ölkəyə daha çox valyuta gələcək, iş yerləri artacaq, neftdən asılılıq azalacaq. Mən deyirəm ki, biz postneft dövründə yaşayırıq. Ancaq bu, o demək deyil ki, neft gəlirləri olmayacaq. Biz onillərlə neft gəlirlərindən xalqımızın rifahı üçün istifadə edəcəyik".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol