• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə dollar bu həddə qədər bahalaşa bilər

Türkiyədə dollar bu həddə qədər bahalaşa bilər
30.01.2017 17:08
Türkiyədə ABŞ dollarının məzənnəsinin qısamüddətli perspektivdə 3,60 TRY/USD-yə qədər düşməsi proqnozlaşdırılır. 

ANN.Az "Report”a istinadən xəbər verir ki, keçən həftənin cümə günü, yanvarın 27-də iki önəmli reytinq təşkilatının – "S&P” və "Fitch”in Türkiyə ilə əlaqədar mənfi xəbərləri açıqlanıb.

Belə ki, "S&P” ölkənin kredit reytinqi üzrə proqnozunu gözlənilmədən "stabildən” "neqativ”ə, "Fitch” isə reytinqi "BBB-”dən "BB+”a endirib. 

Lakin bu xəbərlər maliyyə bazarları tərəfindən artıq gözlənildiyi üçün, ciddi dəyişikliklər baş verməyib. Buna görə də son 3 ayda 30%-ə yaxın bahalaşan dollar, bir qədər geriləməyə başlayıb. 

"Bu trendin qısa müddətdə - 3,60 TRY/USD-yə qədər davam edəcəyi ehtimal olunur. İlin sonuna kimi Türkiyədə dolların məzənnəsində nisbi sabitlik gözlənilir.

2017-ci ilin qlobal iqtisadiyyat, valyuta, əmtəə və maliyyə bazarları üçün əsasən sakit keçəcəyi proqnozlaşdırılır. Buna görə də dolların məzənnəsinin də sərt hərəkət etməyəcəyi və 3,60-4,10 TRY/USD diapazonunda qalacağı gözlənilir”, - deyə analitiklər qeyd ediblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol