• $
  • €
  • ₽
  • ₺
  • £

Bu yollarda sürət həddi aşağı salındı

Bu yollarda sürət həddi aşağı salındı
31.01.2017 10:14
Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də paytaxt yollarında ciddi tıxac müşahidə edilmir.
 
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, (Koroğlu metrostansiyası istiqamətində) Heydər Əliyev prospekti (şəhər istiqamətində), Xocalı prospekti (şəhər istiqamətində), Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
 
 
 
Bildirilib ki, faktiki hava şəraiti ilə əlaqədar olaraq, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - hava limanı istiqamətində, eləcə də Nobel prospekti - Zığ yolu - Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
 
BNA bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir.
 
Qeyd edək ki, hazırda BNA müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol