• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankının ədliyyə missiyası Azərbaycana gəlir

Dünya Bankının ədliyyə missiyası Azərbaycana gəlir
31.01.2017 19:55
Dünya Bankının (WB) "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu Layihəsi” üzrə növbəti nəzarət misisyası fevralın 1-dən Azərbaycanda işə başlayacaq.
 
"Report”un əldə etdiyi məlumata görə, səfər fevralın 10-dək davam edəcək.

Missiyanın rəhbəri layihə qrupunun başçısı Amitabha Muxerjidir (Amitabha Mukherjee). Missiyanın Azərbaycan Ədliyyə Nazirliyində və bir sıra hüquq-mühafizə orqanlarında görüşlər keçirəcəyi gözlənilir.

Əlavə edək ki, bu missiya sonuncu dəfə 2016-cı il iyunun 8-20-də Azərbaycanda olub.

Qeyd edək ki, 2006-2014-cü illər üzrə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 11 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib.

Xatırladaq ki, 2014-cu il oktyabrın 22-də ədliyyə naziri Fikrət Məmmədov və DB-nin Azərbaycan üzrə keçmiş meneceri Larisa Leşçenko ümumi dəyəri 100 mln. ABŞ dolları olan "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu Layihəsi"ni imzalayıblar.

Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol