• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobil bazarında süni tələb yaradırlar – EKSPERTLƏR

Avtomobil bazarında süni tələb yaradırlar – EKSPERTLƏR
03.02.2017 16:19
Son zamanlar işlənmiş avtomobillərin qiymətinin artması ilə bağlı bəzi məlumatlar yayılmaqdadır. Guya əhalinin dolanışıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, avtomobil bazarında alıcılıq qabiliyyəti hələ də yüksək olduğundan, qiymətlər azalmaq əvəzinə qalxır. Bəs əslində vəziyyət necədir?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı Modern.az-a deyib ki, bəzi məlumatlarda təqdim olunduğu kimi, qiymətlərin qalxması son 1-2 ayın prosesləri deyil. 

"Son dövrlərdə dolların məzənnəsinin möhkəmlənməsi ilə əlaqədar olaraq, Azərbaycan bazarında idxal məhsullarının əksəriyyəti üzrə, o cümlədən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir. 

Aparılan tədqiqatlar göstərir ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım olub. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15%, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20%-ə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30% arasında dəyişir.

Azərbaycanda idxal kəskin şəkildə aşağı düşüb. Məsələn, 2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 

2015-ci ildəki göstəricilərlə müqayisədə isə indiki idxal 5-6 dəfə azalıb. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib və qiymətlər artıb.

Əvvəlki illərlə müqayisə etsək, avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80%-ni minik avtomobilləri təşkil edib. 

İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov isə bildirib ki, avtomobil bazarında əsasən köhnə və nisbətən ucuz avtomobillərin qiymətində müəyyən bahalaşma müşahidə edilib.

"Amma bu artımlar mətbuatda, sosial şəbəkələrdə qeyd olunan səviyyədə deyil. Xüsusən də bahalı avtomobillərin qiymətində artım yoxdur. 2016-cı ilin ortalarında müəyyən artımlar müşahidə edildi. Amma bu artımlar 2016-cı ilin sonlarına doğru stabilləşdi.

2017-ci ilin ilk ayında bahalı, xüsusən, ikinci əl bahalı avtomobillərin qiymətində müəyyən azalma müşahidə edilib. Çünki bahalı avtomobillərə tələb azdır və işlənmiş bahalı avtomobillər əsasən dollarla təklif olunur.

60-100 min dollar arasında olan avtomobillərin qiymətində artım yoxdur, əksinə, azalma müşahidə edilir. Amma mətbuatda işlənmiş avtomobillərin bahalaşması ilə bağlı məlumatlar yayılır.

Əgər avtomobil bazarında çox nadir hallarda alıcı tapmaq olursa və avtomobil salonları alıcı azlığından bağlanırsa, o zaman qiymət necə artır? Bu sual kifayət qədər qaranlıq qalır. Çox təəssüf ki, bəzən avtomobil, ev, torpaq sahələrinin qiymətlərinin artması ilə bağlı mətbuata mütəmadi olaraq yalan məlumatlar sızdırılır. 

Bu potensial alıcıların fikrini daşındırır, bəzən bu məlumatlar ona görə sızdırılır ki, potensial alıcı növbəti qiymət artımından ehtiyatlanaraq avtomobil, ev, torpaq sahəsi alsın”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol