• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı TANAP üçün kreditin ilk tranşını köçürdü

Dünya Bankı TANAP üçün kreditin ilk tranşını köçürdü
24.02.2017 19:19
ANN.AZ/ Bu gün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı qrupunun üzvü) Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin tikintisi üçün "Cənub Qaz Dəhlizi" QSC-yə 108,4 mln. ABŞ dolları məbləğində ilk maliyyə tranşı ayrılıb.

"ANN" xəbər verir ki, bu vəsait Dünya Bankı (WB) Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, IBRD tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə 30 il müddətinə 400 mln. dollar həcmində ayrılması nəzərdə tutulan kredit xəttinin bir hissəsidir.

Layihələrin icrası üçün kreditin verilməsi üzrə IBRD tərəfindən qəbul edilmiş qərar, habelə onun layihələr üzrə apardığı təhlil tədbirlərin nəticələri Dünya Bankı qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən borclanmaya onun Direktorlar Şurası tərəfindən müsbət qərarın verilməsi, o cümlədən Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən də borclanmaya razılığın verilməsi üçün əsas olub.

Bununla yanaşı, AIIB-in Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə 30 il müddətinə 600 mln. dollar həcmində ayırdığı kredit xətti üzrə 162,6 mln. dollar məbləğində maliyyə tranşının da fevralın 27-də icrası nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin IIItoplantısı keçirilib. Toplantı çərçivəsində dörd plenar sessiya keçirilib, Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar iştirakçıların diqqətinə çatdırılıb, habelə "Dəyişən qlobal enerji paradiqması fonunda Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi" sessiyası çərçivəsində bir sıra beynəlxalq maliyyə institutları ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Yekun olaraq, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə imzalanıb.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası ötən il fevralın 29-da keçirilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol