• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dubaya ət satacaq

Azərbaycan Dubaya ət satacaq
28.02.2017 10:38
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində keçirilən "Gulfood 2017" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanır.

ANN.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən qafqazinfo-ya daxil olan xəbərə görə, xüsusi tərtibatda hazırlanan 128 kvadratmetrlik Azərbaycan stendində nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə Azərbaycanın yerli məhsulları - meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim edilir.

Sərgi çərçivəsində Azərbaycanın "Azprotein" şirkəti ilə BƏƏ-nin "General Trading Company" şirkəti arasında Dubaya ət ixracına dair müqavilə imzalanıb. 

Bundan başqa, Azərbaycanın "Asico" şirkəti Küveytə meyvə-tərəvəz, "AHEC" şirkəti Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq ixracına dair təkliflər alıb, "Astara tea" və "Kercom" isə Dubaya çay və bal ixracına dair ərəb şirkətləri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Gulfood 2017" sərgisi martın 2-dək davam edəcək. İqtisadiyyat Nazirliyi tərəfindən sərgidə iştirak edəcək şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 24 şirkət "Gulfood 2017"də iştirak etmək hüququ qazanıb. "Gulfood 2017" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol