• $
  • €
  • ₽
  • ₺
  • £

"Microsoft" Bakıda developerləri bir araya topladı - FOTOLAR

"Microsoft" Bakıda developerləri bir araya topladı - FOTOLAR
28.02.2017 22:00
"Microsoft Azerbaijan” şirkəti Bakıda proqramçılar, həllər işləyib hazırlayan developerlər və proqram təminatı üzrə müstəqil təchizatçılar üçün ikigünlük seminar təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, seminarın məqsədi – "Made in Azerbaijan” məhsullarının yaradılması və Azərbaycanın əqli ixrac potensialının daha da artırılmasıdır.

Tanışlıq xarakteri daşıyan seminar çərçivəsində gənc developerlər yeni proqram təminatının işlənib hazırlanması üçün həll yaratmaq imkanları haqqında və mövcud olan proqramların inkişaf etdirilməsi haqqında ətraflı məlumat əldə ediblər və "Microsoft” şirkətinin "DevOps”, "Visual Studio 2017”, ".Net Core” və digər məhsul, xidmət və həlləri ilə tanış olublar.

Bundan başqa, "Microsoft” şirkətinin geniş təcrübəyə malik təlimçisi Anton Şunkovun məsləhətlərindən faydalanmış seminar iştirakçılarına transformasiya imkanları və "Microsoft”un həllərin işlənməsinə dair ümumi baxışı nümayiş olunub. Təlimçi eyni zamanda, "Microsoft” platformasının və şirkətin developerlər üçün təklif etdiyi sertifikatların üstünlükləri barədə də ətraflı məlumat verib.

İkigünlük seminar zamanı "Microsoft” şirkətinin bulud həlləri, "bulud”un işlənib hazırlanması, "Azure” platformasında inkişaf mühiti və müvafiq platformaya şəxsi həllin miqrasiyası məsələləri müzakirə olunub. Tədbirdə tətbiqlərin (iOS, Android, Windows və "bulud”) ərsəyə gətirilməsi məsələsi, eyni zamanda, "Windows Store”da mövcud olan universal tətbiqlər nəzərdən keçirilib.

Seminar yenicə proqramçı olmağa hazırlaşanlar, peşəkar karyerasının başlanğıcında olanlar və ya proqram təminatı hazırlanması sahəsində ixtisaslaşmaq istəyənlərin yüksək marağına səbəb olub.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol