• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan təbii qazını Avropaya daşıyacaq layihəyə 270 milyon avro ayrılacaq

Azərbaycan təbii qazını Avropaya daşıyacaq layihəyə 270 milyon avro ayrılacaq
09.03.2017 20:20
İtaliyanın "Snam” şirkəti Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinə 270 mln. avro məbləğində investisiya yatırmaq niyyətindədir. 

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə deyilir.

Məlumatda deyilir ki, "Snam” 2017-2021-ci illərdə qaz-nəqliyyat sektoruna 5 mlrd. avro yatıracaq: 

"Bunun 4,7 mlrd. avrosu İtaliyanın qaz şəbəkəsinin gələcək inkişafına, 270 mln. avrosu isə TAP layihəsinə yönəldiləcək”.

Məlumatda həmçinin deyilir ki, "Snam” TAP-ın İtaliyadan keçən hissəsinə dəstək məqsədilə konsorsiuma 50 mln. avro ayırıb.

TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. 

Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi” QSC - 20%, BP - 20%, "Snam” - 20%, "Fluxys” - 19%, "Enagás” - 16%, "Axpo” - 5%.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol