• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bankdan böyük məbləğdə aktiv köçürülüb

Beynəlxalq Bankdan böyük məbləğdə aktiv köçürülüb
16.03.2017 17:45
2012-ci ildən bu günədək hökumət "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) 1 mlrd. 151 mln. manat kapital ayırıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Fitch” beynəlxalq reytinq agentliyinin ABB ilə bağlı hazırladığı hesabatında qeyd olunub.

Hesabata əsasən, 2012-ci ildə banka 91 mln. manat, 2013-cü ildə 116 mln. manat, 2014-cü ildə 93 mln. manat, 2015-ci ildə 51 mln. manat, ötən il 199 mln. manat, bu il isə 600 mln. manat kapital ayrılıb.

Sənəddə qeyd olunub ki, ümumilikdə ABB-nin 9,923 mlrd. manatlıq aktivi köçürülüb. Bunun 2 mlrd. 314 mln. manatı 2015-ci ildə, 7 mlrd. 609 mln. manatı isə 2016-cı ildə həyata keçirilib.

Agentliyin analitikləri hesabatda ABB-yə əlavə dəstəyin göstərilməsinin mümkünlüyünü də vurğulayıb. 

Bildirilir ki, banka əlavə dəstək xarici valyuta qarşılığında əlavə olaraq 5 mlrd. manat aktivin köçürülməsi, ABB-nin dövlət öhdəliklərinin yerli valyutaya konvertasiyası və ya hecinq vasitəsilə qısa valyuta mövqeyinin qapanması üçün tədbirlər, o cümlədən banka əlavə kapital dəstəyi formasında baş tuta bilər.

"Buna baxmayaraq, toksik aktivlərin ötürülməsindən sonra belə ABB-nin inkişafla bağlı strategiyası aydın deyil”, - deyə hesabatda qeyd olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol