• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell daha bir beynəlxalq tədbirə dəstək verib - FOTOLAR

Azercell daha bir beynəlxalq tədbirə dəstək verib - FOTOLAR
20.03.2017 12:03
Azercell Telekom MMC ölkəmizdə keçirilən daha bir beynəlxalq tədbirə dəstək verib. Şirkət bu dəfə 16-19 mart tarixlərində Bakıda baş tutan "Avropa Gənclər Parlamentinin İnformasiya Texnologiyaları üzrə İkinci Universitet Sessiyası” tədbirinin sponsoru qismində çıxış edib.
 
Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən forumun əsas mövzusu informasiya texnologiyalarının gələcəyi, terrorizm ilə mübarizədə texnologiyanın rolu və informasiya təhlükəsizliyi olub. Tədbirdə Azərbaycan da daxil olmaqla, Avropa qitəsinin müxtəlif ölkələrindən nümayəndə qismində qatılan gənclər iştirak edib. 4 günlük sessiyada ictimaiyyətin ən fəal və təşəbbüskar gəncləri Avropa Parlamentinin strukturu əsasında qurulmuş platformada 8 komitə üzrə dünyada baş verən və gündəmdə olan ən vacib məsələlər müzakirə edilib. İnsan Hüquqları, Təhlükəsizlik və Müdafiə, Sənayə və Enerji, Qadın Hüquqları və Gender Bərabərliyi və s. sahələr üzrə komitələrin 4 günlük birgə əməyi nəticəsində hazırlanmış yekun təkliflər paketi – Qətnamə Sessiyanın son günü – 19 Mart 2017-ci il tarixində Baş Assambleyada ümumi müzakirəyə çıxarılıb. Debatlar və səsvermədən uğurla keçən qətnamələr qəbul olunaraq AGP-nin Berlin şəhərində yerləşən Beynəlxalq ofisinə təqdim olunacaq.

Məlumat üçün bildirək ki, Avropa Gənclər Parlamenti müstəqil təhsil layihəsi olub gənc avropalı vətəndaşların tələbatları üçün fəaliyyət göstərir. Avropa Gənclər Parlamenti gənclərdə müstəqil düşünmə və sosial-siyasi təşəbbüsləri dəstəkləyir və onların əhəmiyyətli sosial və professional bacarıqlara yiyələnməsini sürətləndirir. Parlament minlərlə gəncin könüllü fəaliyyətini təmin edən 40 Avropa assosiasiyası və təşkilatını birləşdirir. AGP Azərbaycan nümayəndəliyi 2011-ci ildən fəaliyyət göstərir və bu illər ərzində 100-dən çox üzvü xarici sessiyalarda Azərbaycanı təmsil edib.

Xatırladaq ki, yarandığı gündən Azercell ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlərin dəstəkçisi olub, o cümlədən gənclərin inkişafı və fəaliyyəti üçün çoxsaylı layihələrə imza atıb.
 
 



 
 
 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol