• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən pulsuz müayinələr

Azercell-dən pulsuz müayinələr
05.04.2017 16:35

Bu ilin yanvar, fevral və mart ayları ərzində məcburi köçkün və aztəminatlı ailələr üçün pulsuz göz müayinələri təşkil edilib.


 

Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2017-ci ilin ilk 3 ayı ərzində də fəaliyyətini uğurla davam etdirib. Klinika yanvar, fevral və mart ayları ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib.Yeni ilin ilk ayında klinikanın həkimləri Bakının Hövsan, Əmircan və Sabunçu qəsəbəsində, həmçinin Kürdəmir rayonunda məcburi köçkün və kimsəsizlər üçün müayinələr təşkil ediblər.

 

Bu səfərlər çərçivəsində 136 nəfər ümumi yoxlamadan keçib. Fevral ayında isə klinikanın həkimləri 108 nəfəri müayinəyə cəlb ediblər.

 

İlk olaraq Bilgəh qəsəbəsi 11 saylı internat məktəbinə üz tutan həkimlər, sonra "Qızıl Aypara" cəmiyyətində və Şağan qəsəbəsi "Əlilliyi olanlar üçün müalicəvi pansionatda" xidmət göstəriblər. Mart ayında isə Nərimanov rayonunda, Gəncə şəhəri SOS uşaq kəndində və Lökbatan qəsəbəsində 100-dən çox insan müayinədən keçib. Bu ilin əvvəlində 108-i uşaq, 236-sı isə böyük olmaqla, ümumilikdə 344 nəfər müayinə olunub. Müayinələr nəticəsində 203 nəfərə müalicə, 147 nəfərə isə eynək təyin olunub.


Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol