• $
  • €
  • ₽
  • ₺
  • £

"Cənub Qaz Dəhlizi" QSC-yə maliyyə tranşı ayrılıb

"Cənub Qaz Dəhlizi" QSC-yə maliyyə tranşı ayrılıb
06.04.2017 17:00
Transanadolu qaz boru kəməri (TANAP) layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən "Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmış kredit xətti üzrə cari ilin 30 mart tarixində 146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə cari ilin 5 aprel tarixində 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutub.

Bu barədə Trend-ə "Cənub Qaz Dəhlizi” QSC-dən məlumat verilib.

Xatırladaq ki, hər iki beynəlxalq maliyyə institutundan müvafiq olaraq 108,4 və 162,6 milyon ABŞ dolları məbləğində ilk maliyyə tranşı cari ilin fevral ayında ayrılmışdı.

Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayırıb.

Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit xətti ayırıb.

Borcalan qismində çıxış edən və səhmlərinin 100%-i birbaşa və dolayısilə Azərbaycana məxsus olan "Cənub Qaz Dəhlizi” QSC, Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən "Cənub Qaz Dəhlizi" beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol