• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azalda bilər

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azalda bilər
14.04.2017 14:35
İlin sonuna qədər əmanətlərdə dollarlaşmanın 50%-ə enməsi proqnozlaşdırılır

REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) yay aylarında uçot dərəcəsini endirməyə başlaya bilər. "Report"un analitik qrupu bildirir ki, dolların məzənnəsinin sabitləşməsi, dünya bazarında neft qiymətlərinin yüksəlməyə davam etməsi, Azərbaycanın yeni iqtisadi konyunkturaya uyğunlaşması, maliyyə sabitliyinin bərpa edilməsi fonunda AMB uçot dərəcəsinin endirilməsi məsələsinə baxa bilər. Qeyd edək ki, AMB ən son 2016-cı il sentyabrın 14-də uçot dərəcəsini 9,5%-dən 15%-ə yüksəldib.

"Report" xəbər verir ki, Azərbaycanda pul kütləsinin həcminin optimallaşdırılması dollara olan tələbatı getdikcə aşağı salır. Məhz dünən Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib ki, Azərbaycanın 2017-ci ilin ilk rübündə idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 17,1% azalma göstərib. Əksinə, ixracın həcmi isə 49,2% artıb.

"Amma qeyd etmək lazımdır ki, dolların məzənnəsi 1,70 AZN/USD səviyyəsində sabitləşərsə, o zaman AMB-nin depozit və notlara, eləcə də kommersiya banklarının isə əmanətlərə görə 15% kimi yüksək gəlirlilik ödəməsi imkansız olacaq. Faizlərin endirilməsinə başlanması və dolların məzənnəsinin sabitləşməsi əhalinin dollar aktivlərindən tədricən imtina etməsinə gətirib çıxaracaq", - deyə analitiklər qeyd ediblər.
 
Analitik qrup ilin sonuna qədər əmanətlərdə dollarlaşma dərəcəsinin cari 80% səviyyəsindən 50%-ə enəcəyini proqnozlaşdırır. Faizlərin azaldılmağa başlaması əhalinin daha uzun müddətə və yüksək faizlə əmanət yerləşdirməsinə, nəticədə kommersiya banklarının manatla kreditləşməni bərpa etməsinə gətirib çıxaracaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol