• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib

SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib
17.04.2017 11:30
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxılmış SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişini həyata keçirib. "SOCAR Capital” şirkətindən "APA-Economics”ə verilən xəbərə görə, aprelin 14-də SOCAR İstiqrazlarının sahiblərinin bank hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 mln. 250 min dollar vəsait köçürülüb.
 
Aprelin 17-də bu vəsaitlər istiqraz sahiblərinin hesablarına oturacaq və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
 
SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişinin həyata keçirilməsi şirkətdəki maliyyə sabitliyinin və öhdəliklərinə ciddi surətdə əməl etməsinin bariz göstəricisidir: "Fəaliyyətində beynəlxalq maliyyə standartlarına əsaslanan və kapital bazarlarının aktiv iştirakçısı olan SOCAR, öz vəsaitlərini etibar edərək, istiqrazlara yatırmış investorlar qarşısında etimadını qorumağa böyük önəm verir. Buna görə də, istiqrazlar üzrə öhdəliklər və faiz ödənişləri şirkətin digər cari xərcləri kimi ciddi intizamla həyata keçirilir”. 
 
S. Qasımovun sözlərinə görə, SOCAR İstiqrazlarının buraxılması mühüm layihələrə vəsaitlərin cəlb olunması ilə yanaşı, ölkə vətəndaşlarına istifadəsiz saxladıqları pullarını iqtisadiyyata investisiya edərək, gəlir qazanmasına imkan yaradıb: "Hazırda SOCAR İstiqrazları ölkənin qiymətli kağızlar bazarında ən aktiv surətdə alınıb-satılan maliyyə alətidir. Bu, qiymətli kağızlar bazarının inkişafı ilə yanaşı, Azərbaycan vətəndaşları arasında investor vərdişlərinin (mədəniyyətinin) formalaşdırılmasına da böyük töhfədir”.
 
Təkrar bazarda SOCAR İstiqrazlarına böyük tələbat və ticarət aktivliyi müşahidə olunur. İndiyədək təkrar bazar üzrə əməliyyatlarının həcmi 70 mln. dolları keçib. Təkcə 2017-ci ilin 3 ayı ərzində 36 372 ədəd  istiqraz alınıb-satılıb ki, bu əməliyyatın həcmi 36 mln. dollardan çoxdur. Xüsusən fiziki şəxslər istiqrazlara böyük maraq göstərirlər.  Təkrar bazarda SOCAR İstiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları var.
 
SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol