• $
  • €
  • ₽
  • ₺
  • £

Bankların Maliyyə palatasına ödəyəcəyi illik məbləğlər açıqlandı

Bankların Maliyyə palatasına ödəyəcəyi illik məbləğlər açıqlandı
19.04.2017 17:39
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”nı təsdiq edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, qaydaya əsasən, palataya ödənilən haqlara nəzarət subyektləri tərəfindən MBNP-yə ödənilən dövri ödənişlər və yığımlar daxildir.

Dövri ödənişlər hər bir nəzarət subyekti tərəfindən fəaliyyət istiqaməti və fərqləndirmə meyarı nəzərə alınmaqla ödənilən haqlar, yığımlar isə nəzarət subyektlərinin qanunla müəyyən edilmiş vəzifəli şəxslərinin attestasiyası və palatanın əməkdaşları tərəfindən növbədənkənar (əlavə) yoxlamaların keçirilməsi ilə bağlı ödənilən haqlardır. 

Fərqləndirmə meyarı bank və bank olmayan kredit təşkilatlarının aktivlərinin, sığortaçı və təkrarsığortaçılara illik daxil olan haqların həcmi nəzərə alınmaqla dövri ödənişlərinin hesablanması məqsədi ilə aparılan qruplaşdırmada əsas götürülən meyardır.

Palataya banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.

Nəzarət subyektlərinin illik dövri ödənişi də müəyyənləşdirilib. Cəmi aktivləri 1 mlrd. manatdan çox olan banklar sabit olaraq palataya 800 min manat, cəmi aktivləri 500 mln. - 1 mlrd. manat arası olan banklar 500 min manat, cəmi aktivləri 500 mln. manatdan az olan banklar 300 min manat, cəmi aktivlər 20 mln. manatdan çox olan banklar 50 min manat illik dövrü ödəniş etməlidir.

Bank olmayan kredit təşkilatlarına gəlincə, cəmi aktivlər 20 mln. manatdan çox olan bank olmayan kredit təşkilatları üçün sabit illik dövrü ödəniş 50 min manat, cəmi aktivləri 3-20 mln. manat arası olan bank olmayan kredit təşkilatları üçün 30 min manat, cəmi aktivləri 3 mln. manatdan az olan bank olmayan kredit təşkilatları üçün 15 min manat müəyyənləşdirilib.

Banklar və bank olmayan kredit təşkilatları üçün fərqləndirmə meyarları onların əvvəlki ilin 31 dekabr tarixinə olan aktivləri əsas götürülərək hesablanacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol