• $
  • €
  • ₽
  • ₺
  • £

“Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlandı

“Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlandı
25.04.2017 15:20
Azercell Telekom MMC və PAŞA Bank-ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli "Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlanıb.

 25 aprel tarixində baş tutan mükafatlandırma mərasimində hər bir komanda 5 dəqiqədən çox olmayan müddət ərzində hazırladıqları resursları münsiflər heyəti qarşısında təqdim ediblər. Xatırladaq ki, developerlərə təqdim olunan bu dəfəki mövzu – mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiqin yaradılması idi. 22 aprel saat 09:00-da start verilən yarış 36 saat davam edib. Beləliklə, ilk 3 yerin qalibi aşağıdakı komandalar oldu: 1ci yer "The Dev Squad” komandası, 2ci yer "Hello Hackathon 2” və 3cü yer "Semicolon".

Qaliblər Music Gallery, Azercell və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılıb. Müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı "Hackhaton”lar bütün dünyada adətən "Google”, "Netflix”, "Facebook”, "HP” və "Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə "Özsut” restoranlar şəbəkəsi təmin edib.

 Tədbirin Media dəstəyi isə technote.az portalına məxsusdur.

Qeyd edək ki, ötən il də Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə "Barama Hackathon 2016” keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaqdır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol