• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC səhv yolda olduğunu etiraf edib

OPEC səhv yolda olduğunu etiraf edib
12.05.2017 11:45
OPEC oktyabr ayı ilə müqayisədə hasilatı 6%-ə yaxın azaldıb.

REPORT.AZ/ OPEC təşkilatına üzv olmayan ölkələrin 2017-ci ildə gündəlik neft hasilatını 950 min barel artırması proqnozlaşdırılır. "Report" OPEC-in may icmalına istinadən xəbər verir ki, aprel icmalında bu proqnoz göstəricisi 370 min barel təşkil edib. Proqnozun kəskin artırılmasına səbəb bu il ABŞ-da şist neft hasilatının 820 min barel arta biləcəyi ilə bağlı ehtimallar olub. Bununla da OPEC və ona üzv olmayan ölkələrin oktyabr ayında təşkilata üzv olmayan ölkələrdə neft hasilatı ilə bağlı verdiyi proqnoz 4 dəfə yüksəlib.

Hesabatda bildirilib ki, OECD ölkələrində neft ehtiyatlarının həcmi hələ də 5 illik orta səviyyədən 276 mln. 
barel artıqdır. Bu da onu deməyə əsas verir ki, neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşması nəinki bu ilin II yarısına, hətta böyük ehtimalla 2018-ci ilin ilk yarısına da uzadılacaq.

Hesabatda, həmçinin qeyd olunub ki, aprel ayında OPEC təşkilatı ötən ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatını 1,908 mln. barel və ya 5,67% azaldaraq 31,732 mln. barelə salıb. Hasilat apreldə BƏƏ, İraq, İran, və Liviyada azaldığı halda, Anqola və Səudiyyə Ərəbistanında artıb. Qeyd edək ki, ötən ilin oktyabr ayındakı hasilat göstəricisi müqayisə üçün standart kimi qəbul edilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol