• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yararsız kolbasa məmulatları məhv edilib

Bakıda yararsız kolbasa məmulatları məhv edilib
15.05.2017 20:20
Baytarlıq-sanitariya cəhətdən yararsız məhsulları satmağa cəhd göstərən şəxs isə cərimələnib.

REPORT.AZ/ Mayın 5-də Bakıda aşkar edilmiş ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitən kolbasa və sosiska məhsullarının Respublika Baytarlıq Laboratoriyasında müayinəsinin nəticələri açıqlanıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) "Report"a daxil olan məlumata görə, aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilib. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən, yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, baytarlıq-sanitariya cəhətdən yararsız olan, qaraj şəraitində temperatur rejiminə əməl edilməyən, soyuducu sistemi olmayan, istifadəyə yararlıq müddəti bitən, qeyri-qanuni, antisanitar şəraitdə saxlanılan və satılan kolbasa və sosis məhsullarının zərərsizləşdirilməsinə qərar verilib.

Bakı Şəhər Baytarlıq İdarəsi tərəfindən verilmiş qərara uyğun olaraq, bakterioloji çirklənməyə məruz qalan ümumi çəkisi 100 kq olan kolbasa və sosiska məhsulları baytarlıq mütəxəssislərinin nəzarəti altında Nərimanov rayonu, Əliyar Əliyev küçəsi,26 ünvanında yerləşən baytarlıq-sanitariya ekspertiza laboratoriyasının krematoriyasında aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə Bakı şəhər Baytarlıq İdarəsi tərəfindən vətəndaş Fuad Alik oğlu Həsənov İnzibatı Xətalar Məcəlləsinin 289.0.2. maddəsinə uyğun olaraq 200 manat məbləğində cərimə olunub.

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Xatırladaq ki, mayın 5-də alınmış məlumat əsasında Bakı şəhər Baytarlıq İdarəsinin və Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi,1 ünvanında yerləşən F.Həsənova məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilib. Baxış zamanı 20 kv. metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda temperatur rejiminə əməl edilməyən, qeyri-qanuni, antisanitar şəraitdə, ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitən kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunub. 

İlkin araşdırma zamanı qarajda yararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan "Doktorskaya”, bişmiş, yarımhisə verilmiş "Krakovskaya” və s. kolbasa və sosiska nümunələrinin olması müəyyən edilib.

Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları qarajda aşkar edilmiş kolbasa və sosiska məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol