• $
  • €
  • ₽
  • ₺
  • £

Qaxda yol tikintisi yekunlaşır

Qaxda yol tikintisi yekunlaşır
25.05.2017 20:40
"Azəravtoyol” ASC tərəfindən 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan Qax rayonu Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.

ASC-dən Trend-ə verilən məlumata görə, 26 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan avtomobil yolunun 19 km-lik əsas hissəsində təmir-tikinti işləri artıq bitib. Hazırda Fısdıqlı və Marsan-Cüdüllü kəndilərinə gedən 7 km-lik giriş yollarının yenidən qurulması istiqamətində son tamamlanma işləri görülür, yeni asfalt-beton örtüyü salınır.

Layihə çərçivəsində 10 metr enində yeni yol yatağı inşa edilib. Bura 6 metr yol əsası və 2 metr enində çiyinlər daxildir. Ümumilikdə isə yolun 150 min m2-dən çox hissəsinə 12 sm qalınlığında yeni asfalt-beton örtüyün döşənməsi işləri görülür.

Yenidənqurma işləri zamanı Fıstıqlı və Marsan-Cüdüllü kəndlərinə gedən yolların üzərində olan yeni avtomobil körpüləri də inşa olunub. Müvafiq olaraq körpülərin uzunluqları 9.5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 m-dir. Yol boyu 65 metr uzunluğunda müxtəlif diametrli suötürücü dəmir-beton borular quraşdırlıb.

Qeyd edək ki, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə sözügedən ərazidə yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yol boyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaratmış olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol