• $
  • €
  • ₽
  • ₺
  • £

Qatarların idarəetmə sistemi təkmilləşdirilir

Qatarların idarəetmə sistemi təkmilləşdirilir
25.05.2017 22:20
Bu, işarəvermə sisteminin vahid dispetçer mərkəzindən idarə edilməsinə imkan verəcək.

"Bombardier Transportation (Signal)" MMC Bakı-Tbilisi-Qars beynəlxalq dəhlizinin bir hissəsi olan Bakı-Böyük-Kəsik istiqamətində qatarların idarəetmə sisteminin modernləşdirilməsi layihəsi üzrə ilk işlərə başlayıb. Hazırda dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri aparılır. 

"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Dəmir yolunun Soyuq Bulaq və Salahlı stansiyaları arasında sabit cərəyanlı dartı sistemi ilə işləyən ilk pilot sahəsi istismara verilib. Soyuq Bulaq-Salahlı mənzilində hər iki stansiya daxil olmaqla, yoldəyişənlər və işarəvermə qurğuları EBILock 950 markalı Mikroprossesor Mərkəzləşdirməsi ilə təchiz olunub.
Sistem qatarların təhlükəsiz hərəkətini və yüksək ötürmə qabiliyyətini təmin edir. Aparat və proqram baxımından MDB və Baltikyanı ölkələrin dəmir yollarında geniş yayılmış 1 520 mm-lik standartlı iz üzrə istismara tam uyğunlaşdırılmış sistem həm sabit, həm dəyişən cərəyan dartı sistemində istifadə oluna bilər.

Qeyd edək ki, "Bombardier Transportation” rels nəqliyyatı texnologiyaları üzrə dünya liderlərindən biridir. O, daşımalarda yeni standartlar yaradan innovativ məhsul və xidmətləri təmin edir. 60-dan çox ölkədə fəaliyyət göstərən "Bombardier Transportation” şirkətinin mənzil-qərargahı Berlində (Almaniya) yerləşir.

100 000-dən çox "Bombardier Transportation” istehsalı olan hərəkət heyəti vahidi bütün dünyada istismar edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol