• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC+ Qazaxıstanın hasilatı artırmasına ilkin razılığını verib

OPEC+ Qazaxıstanın hasilatı artırmasına ilkin razılığını verib
31.05.2017 12:00
Qazaxıstanda hasilatın 2018-ci ildə 80 min barel/gün artacağı gözlənilir.

Qazaxıstan "Kaşaqan" yatağında hasilatın artması səbəbindən neft hasilatının azaldılması ilə bağlı 25 may Vyana anlaşmasında üzərinə götürdüyü öhdəliyi dəyişə bilər. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev "Astana" telekanalına müsahibəsində bildirib.

"Vyana görüşündə ilk növbədə Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinə "Kaşaqan" yatağında hasilatın sentyabr ayından etibarən artacağı barədə məlumat vermişəm. Hasilat artdıqda öhdəlik şərtlərini dəyişdirmək istədiyimizi onlar qəbul ediblər. Bizə daha rahat şərtlər təklif edilib", - deyə K.Bozumbayev qeyd edib. 

Qeyd edək ki, hazırda Qazaxıstan hasilatı 20 min barel/gün azaltmağı öhdəlik kimi qəbul edib. Qazaxıstanın yeni kvotalarına noyabr ayının sonunda Vyana anlaşmasının 3-cü nazirlər görüşü və OPEC-in 173-cü sammitində yenidən baxılacağı gözlənilir. Xatırladaq ki, "Kaşaqan" yatağında hasilatın builki 8,9 mln. tondan 2018-ci ildə 13 mln. tona qədər artması proqnozlaşdırılır. Bu da Qazaxıstanın 2018-ci ildən etibarən 80 min barel/gün daha çox neft hasil edəcəyi deməkdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol