• $
  • €
  • ₽
  • ₺
  • £

Qaraj biznesi ilə məşğul olanlara bəd xəbər

Qaraj biznesi ilə məşğul olanlara bəd xəbər
02.06.2017 11:45
Azərbaycanda qarajlardan nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilməyəcək.
 
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarında dəyişiklik edib.
 
Qərarla təsdiq edilən "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə əsasən, qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili sayılıb. Dəyişikliyə əsasən isə artıq qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili olacaq. Bu qərar iyulun 1-dən qüvvəyə minir.
 
"Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda da müvafiq dəyişiklik edilib.
 
Qeyd edək ki, "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarla təsdiq edilən "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə" pullu duracaq və qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarını müəyyən edir.
 
Beləliklə, fiziki və hüquqi şəxslər yaratdıqları pullu qarajlardan nəqliyyat vasitələrinin pullu parklanması üçün istifadə edə bilməyəcəklər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol