• $
  • €
  • ₽
  • ₺
  • £

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
05.06.2017 11:45
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
 
EUR
 
Foreks bazarlarında EUR/USD məzənnəsi keçən həftə 1.1284$-a kimi bahalaşmaqla, son yarım ilin maksimum səviyyəsini yeniləyib. Lakin Avrozonada may ayında inflyasiyanın yenidən son beş ayın minimum səviyyəsinə kimi azalması, avroya olan təzyiqləri yenidən artırmaqla, avro/dollar məzənnəsinin də 1.1124 və 1.1025$-a kimi ucuzlaşmasına səbəb ola bilər. Bununla yanaşı, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir və dünya birjalarında ticarət aktivliyinin daha da artmasına səbəb ola biləcəyi gözlənilir.
 
GBP
 
GBP/USD valyuta cütlüyünün qiyməti isə 1.29 - 1.28$ aralığında ticarət edilməkdədir.Funt/Dollar valyuta cütlüyü qiymətinin texniki mənzərəsi üzrə təhlillərə əsasən, qiymətin gələcək günlərdə də sözügedən aralıqda ticarət ediləcəyi proqnozlaşdırılır. Eyni zamanda, cümə axşamı Böyük Britaniyada baş tutacaq növbədənkənar parlament seçkiləri maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola bilər.
 
TRY
 
Türkiyə maliyyə bazarlarında da türk lirəsinin bahalaşması trendində zəifləmə müşahidə edilir. Beləliklə, 3.5068TL-ə kimi bahalaşan lirənin qiyməti 3.50TL-nin altında qalarsa, yenidən 3.5565TL-ə kimi də ucuzlaşa bilər. Türkiyədə inflyasiyanın 12%-ə kimi yüksəlməsi gözləntilərinin türk lirəsinin qiymətinə təzyiq edə biləcəyi gözlənilir.
 
OIL
 
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti yenidən bahalaşmağa başlayıb. Bazar ertəsi səhər 51$-a kimi bahalaşan Brent nefti 50.73$-a kimi də bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, 53.79$-a kimi də dəyər qazana bilər. Amerikanın neft ehtiyatlarının cari ilin maksimum səviyyəsində azalması, neftə olan tələbin yüksək olmasına işarədir və qiymətlərin bahalaşmasına təsir edir.
 
GOLD
Əlvan metallar bazarında qızıla olan tələb yüksək olaraq qalır. Beləliklə, 1282$-a (41.1 $/qram) kimi bahalaşan qızılın bir unsiya üzrə qiyməti gələcək günlər ərzində 1288$-a (41.3 $/qram) kimi də bahalaşa bilər.
 
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
 
"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
 
"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol