• $
  • €
  • ₽
  • ₺
  • £

“Petkim”in bazar dəyəri açıqlanıb

“Petkim”in bazar dəyəri açıqlanıb
05.06.2017 17:20
"Petkim”ə satınalmadan sonra yatırılan sərmayənin həcmi 730 mln. dollar təşkil edir.

Bu ilin aprel ayına əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim”in bazar dəyəri 2,1 mlrd. ABŞ dolları təşkil edib.

"Report”un "SOCAR Turkey Enerji” şirkətinə istinadən xəbər verir ki, özəlləşdirmə sonrası türk lirəsi ifadəsində "Petkim"in bazar dəyəri 420% artıb: "Petkim”ə hər il 100-150 mln. dollar həcmində investisiya qoyulur. "Petkim”ə satınalmadan sonra qoyulan investisiyaların həcmi 730 mln. dollar təşkil edir. "Petkim”də 60 müxtəlif növdə məhsul istehsal edilir. Bu məhsullar Türkiyədə 6 min kiçik və orta sahibkarlar tərəfindən alınır və yeni məhsul istehsalı üçün istifadə edilir. "Petkim”in məhsulları 50-dən çox ölkəyə ixrac edilir”.

Qeyd olunub ki, "Petkim” birbaşa 2 500, dolayısı ilə isə 150 min nəfərə məşğulluq təmin edir.

Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin Özəlləşdirmə İdarəsindən "Petkim”i (51%) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR "Petkim Holding”də 51% paya malikdir, "Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. "Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol