• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri tikinti qaydalarından narazılıq etdi

Komitə sədri tikinti qaydalarından narazılıq etdi
07.06.2017 20:20
"Yüksəkmərtəbəli yaşayış binalarının sakinlərinin diskomfortluğu haqqında bir sıra nümunələr var. Məsələn, əhalinin yüksək sıxlığı onların davranışına, komfortluğuna və ərazinin ictimai mühitinə də mənfi təsir göstərir”.

Anews.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib: "1 ha ərazi vahidində 10 mərtəbəli binaların tikintisinin maya dəyərinin daha yüksək mərtəbəli binaların tikintisinə nisbətən 10%-ə qədər az olması, yaşayış binalarının isə daha az müddətlərdə mərhələli şəkildə istifadəyə verilməsi kimi üstünlükləri də məlumdur. Rayonların baş memarları fəaliyyətlərində layihə tapşırığının mükəmməl işlənilməsini, o cümlədən planlaşdırma sənədlərinin ərazi sərhədlərinin 5 ha-a qədər olmasını; torpaqdan istifadənin şəhərsalma planının, tikinti üçün ayrılmış 1 ha-dan az olmayan torpaq sahəsinin, sökülən və layihələndirilən yaşayış sahəsi haqqında müvafiq dürüst məlumatların təqdim olunmasını təmin etməlidirlər". 

Komitə sədri onu da deyib ki, Yerli İcra Hakimiyyətlərinin tövsiyələri əsasında hazırlanan planlaşdırma sənədləri 1 ha-dan 5 ha-a qədər ərazini əhatə etməlidir:"Tikinti üçün torpaq sahəsi ayrılan zaman, eləcə də, sakinlər ilə müqavilələr bağlanan zaman yerli  icra hakimiyyətləri tərəfindən 1 hektar ərazinin minimal və əsas göstərici olaraq müəyyən edilməsi məqsədəuyğundur. Tikinti sıxlığı - yaşayış binasının xarici divar konturları ilə yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin sahəsinə olan nisbətidir (m2/ha) və 1 hektar ərazi vahidinə 25000 m2 ümumi sahə kimi normallaşdırılır. Bu göstəriciyə əsasən 1 hektar ərazidə  təxmini olaraq 14-17 mərtəbəli üç yaşayış binası və ya 3 girişli bir bina; 10-13 mərtəbəli 2 girişli iki yaşayış binası; 8-10 mərtəbəli 2 girişli üç yaşayış binalarının yerləşdirilməsi anlamına gəlir. Eyni zamanda, 1 hektar ərazi vahidinə düşən yaşayış binalarının tikinti altı sahəsi birinci halda - 1500 m2; ikinci halda- 2000 m2; üçüncü halda-2500 m2 təşkil etməlidir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol