• $
  • €
  • ₽
  • ₺
  • £

Olimpiya Stadionu SOCAR-ın balansından çıxarıldı

Olimpiya Stadionu SOCAR-ın balansından çıxarıldı
08.06.2017 19:36
Bakı Olimpiya Stadionu SOCAR-ın balansından çıxarılıb.

Anews.az xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova deyib.

Onun sözlərinə görə, nəhəng arena "Neftçi” İdman Klubu İctimai Birliyinin balansına keçib: "Bildiyiniz kimi, Bakı Olimpiya Stadionu SOCAR-ın balansında idi. İndi isə neft şirkətinin rəhbərliyi tərəfindən qərar qəbul olundu ki, SOCAR-ın balansında olan bütün idman qurğuları "Neftçi” İKİB-in hesabına keçirilsin və onlar tərəfindən idarə olunsun. Bununla bağlı olaraq nizamnamə kapitalı 590 milyon manatdan 1000 manatadək azalıb. Bu, sırf iqtisadi bir addımdır. Bir sıra planlarımız var və gələcəkdə bunları reallaşdırmağa çalışacağıq.

Stadionun istər rəhbər, istərsə də komanda heyətində heç bir dəyişiklik olmayacaq. Bildiyiniz kimi, UEFA-nın baş katibi Teodor Teodoridis hazırda Bakıdadır. O, bu gün Bakı Olimpiya Stadionunda olub. Çempionlar Liqasının və Avropa Liqasının final matçının BOS-da keçirilməsi ilə bağlı müzakirələr aparıldı. İnanırıq ki, sentyabr ayında şad xəbər alarıq”.

Qeyd edək ki, "Neftçi” İKİB-in sədri Sadıq Sadıqovdur. O, bundan əvvəl "Neftçi” futbol klubunun prezidenti kimi fəaliyyət göstərib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol